RU

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək

BAKI, TurkicWorld

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika–İran danışıqlarını müzakirə edəcəklər.

Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı danışıqları bərpa edib.

Избранный
24
1
turkic.world

2Источники