Çinin ən varlı iş adamlarından birinin oğlu Jay Ma Taylandın paytaxtı Banqkokda yerləşən məşhur Louis Vuitton Cafedə görüntülənib.
Ölkə.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Jay Ma kafenin rahat mühitində vaxt keçirib və diqqətçəkən məqamlardan biri onun desert sifariş etməsi olub.
O, deserti yanında olan cangüdənlərinə belə öz əlləri ilə təqdim edib. Sözügedən anlar ətrafdakıların marağına səbəb olub və qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Jay Ma-nın sadə və səmimi davranışı bir çoxları tərəfindən maraqla qarşılanıb.