RU

Sabah “Araz Naxçıvan la üz üzə gələcək

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək.Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Əvvəlcə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş Bank Respublika Arenada, saat 16:00-da start götürəcək. "Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan "Araz-Naxçıvan"ın 27 xalı var.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək.Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək. "Sumqayıt" hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
3
bizim.media

2Источники