
"m10" hesablarına müdaxilələr edilərək külli miqdarda pullar oğurlanıb.
Kommersant.az xəbər verir ki, müxtəlif xarici ölkələrdən "m10" tətbiqinə saxta transferlər həyata keçirilib. Transferlərin saxta olduğunu bilməyən vətəndaşlar pulları əldə edərək xarici ölkələrə göndərib. Yekunda m10 tətbiqində olan boşluqlara görə istifadəçilərə külli miqdarda zərər dəyib.
Xarici ölkələrdən vətəndaşlarımıza "biz sizin m10-a pul göndərək, pulu çəkdikdən sonra bizə transfer edin. Buna görə də əldə olunan vəsaitin 20 faizini sizə xidmət haqqı kimi verəcəyik" vədi ilə vətəndaşların külli miqdarda pulları mənimsənilib. ABŞ, Ukrayna və s. kimi ölkələrdən transfer olunan vəsaitlər dərhal "m10" hesabına daxil olub. Vəsaiti göndərən şəxs isə "m10"a daxil olan pulu geri çəksə də, bu əməliyyat sözügedən tətbiqdə göstərilməyib. Yekunda bundan xəbərsiz olan vətəndaşlar "m10"da olan pul vəsaitini maneəsiz şəkildə bank kartlarına transer edib. Daha sonra ATM-lərdə nağdlaşdıraraq qarşı tərəfə göndəriblər. Hazırda "Kapital Bank" əməkdaşları bu nağdlaşdırmanı edən hər kəsə zənglər edərək təzyiq göstərib, həbslə hədələyərək vəsaitləri geri toplamağa başlayıb. Təzyiqə məruz qalanların arasında şəhid ailələri və qazilər də yer alıb. Bu yanaşma qanunvericiliyə ziddir və əsassız hesab olduğuna görə vətəndaşlar "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynova ərizələrlə müraciətlər edib.
Zərərçəkmiş vətəndaşlar bank əməkdaşı deyil. Onlar maliyyə monitorinqi aparmaq, vəsaitin risk statusunu müəyyən etmək səlahiyyəti olmayan şəxslərdir. Bank öz daxili nəzarət mexanizmlərində yol verdiyi mümkün nöqsanlara görə məsuliyyət daşıyır.
Hazırda ölkə xaricindən transfer olunan hesablar bloklanıb. İnsanların kriptovalyuta və ya digər xarici gəlirləri "m10" tərəfindən vətəndaşlara verilmir. Bu blokun nə vaxt aradan qaldırılacağı isə sual altındadır.
Xatırladaq ki, "m10" platforması bloklanmanın səbəbi olaraq istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini, daim stabil, etibarlı xidmət göstərməyə, istifadəçilərin əməliyyatlarının təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini qorumaq olduğunu deyib.
Qeyd edək ki, əlimizdə olan materiallara əsasən Kapital Bank müştərilətinin kart məlumatları da bu kimi saxtakarlıq edən şəxslərin əlində mövcuddur.
Ardı var...
@odargani Bax və paylaş! 1-ci hissə. M10-nun fəaliyyətində yaranan problemlə bağlı ətraflı məlumatlar gün içərisində paylaşılacaq. Qarşı tərəfin fikrini dərc etməyə hazırıq. #iqtisadiyyat #ekonomi #m10 #kapitalbank #azerbaycan ♬ orijinal ses - Odar Gani