Avropa Komissiyası Avropa İttifaqının (Aİ) "Birləşmələr haqqında Reqlamenti"nə uyğun olaraq “SOCAR Turkey Enerji” A.Ş. (STEAS) və “Terminal Investment Switzerland Sàrl” (“TISS”) tərəfindən “SOCAR Aliağa Liman İşletmeciliği” A.Ş. (“SOCAR Terminal”) şirkəti üzərində birgə nəzarətin əldə edilməsini təsdiqləyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
TISS İsveçrənin “MSC Mediterranean Shipping Company Holding” SA və ABŞ-ın “BlackRock, Inc.” şirkətlərinin törəmə müəssisəsidir.
Bu sövdələşmə əsasən Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsində konteyner terminalları üzrə xidmətlərin göstərilməsini əhatə edir.
Komissiya Avropa İqtisadi Məkanına məhdud təsir göstərdiyini nəzərə alaraq, bildirilmiş sövdələşmənin rəqabət baxımından hər hansı narahatlıq doğurmayacağı qənaətinə gəlib.
Telegram kanalımız