RU

Real Liverpul un futbolçusuna təklif göndərdi

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Real" "Liverpul"un futbolçusuna təklif göndərdi

“Liverpul”un mərkəz müdafiəçisi İbraima Konate karyerasını "Real"da davam etdirə bilər.

QOL.az xəbər verir ki, insayder Nikolo Skira “Real”ın 26 yaşlı fransız futbolçuya rəsmi təklif göndərdiyini bildirib.

Madrid klubu Konate ilə 2031-ci ilin yayına qədər müqavilə imzalamaqda maraqlıdır. “Kral klubu” futbolçunu bu yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Konatenin “Liverpul”la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. Daha əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyişin olmadığı bildirilmişdi.

Qeyd edək ki, Konate bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyuna çıxıb və 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
6
qol.az

7Источники