RU

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda

style='margin-bottom:10px;'>

"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabenanın yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, qanalı hücumçu yenidən Türkiyədə oynayacaq.

28 yaşlı oyunçu "Sakaryaspor"a keçib. Bu barədə birinci liqa klubunun mətbuat xidməti məlumat yayıb. Kvabena ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, İsrailin "Makkabi Bney" klubundan transfer edilib.

Qeyd edək ki, O.Kvabena 2020-2023-cü illərdə "Qarabağ"da çıxış edib.

Избранный
26
1
teleqraf.com

2Источники