RU

Qalmaqallı hadisəyə görə Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı

Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisinin işdən çıxarıldığı bildirilir.

"Yeni Sabah" Demokrat.az-a istinadən xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl Qazax rayonunda törədilən qəzadır.

Qəza ilə bağlı ilk növbədə Qazax İH başçısının köməkçisi Süleyman Axundov işdən azad edilmişdi, digər şəxslər məsuliyyətdən yayındırılmışdı.

Lakin hadisə şahidləri və media mənbələri qəzada başqa şəxslərin də iştirakını israrla iddia edirdi.

Belə ki, hadisədəki avtomobilin icra hakimiyyətinin sabiq əməkdaşı, hazırda Qazax RMX-da işləyən Hacıalı Ramiz oğlu Məmmədova məxsus olduğu, qəza vaxtı isə maşını Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun idarə etdiyi bildirilirdi.

Məsələ ilə bağlı yayılan məlumatdan sonra Səməd Seyidovun köməkçisi Akif Əmirovu işdən azad etdiyi bildirilir. Artıq Akif Əmirovun adı Milli Məclisin saytında Səməd Seyidovun köməkçisi ilə bağlı qeyd hissəsindən də silinib.

Məsələ ilə bağlı adı hallanan Akif Əmirova müraciət edilsə də, o, növbəti dəfə heç bir açıqlama verməyərək susmağa üstünlük verdi.


Telegram kanalımız
Избранный
31
13
yenisabah.az

10Источники