RU

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurublar

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.

Turnirdə bu gün mübarizəyə başlayan digər Azərbaycan cüdoçuları isə rəqiblərinə məğlub olaraq yarışla vidalaşıblar.

Beləliklə, Azərbaycan yığması Paris “Böyük Dəbilqə”sini 3 medalla başa vurub. Qeyd edək ki, əvvəlki gün Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanmışdı.

 

Избранный
33
8
90deqiqe.az

9Источники