RU

Filippində Basyanq fırtınası 12 nəfər öldü

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Filippində “Basyanq” tropik fırtınasının törətdiyi fəsadlar nəticəsində azı 12 nəfər həyatını itirib.

Modern.az-ın məlumatına görə, bu barədə GMA telekanalı ölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər yayıb.

Bildirilir ki, Mindanao adasında yerləşən Kaqayan-de-Oro şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, digər ölənlər isə daşqınlar zamanı boğulub.

Güclü yağışlarla müşayiət olunan fırtına Filippinin cənub bölgələrində təxminən yarım milyon insana təsir göstərib. Təbii fəlakət nəticəsində 38 bina tamamilə dağılıb, 407 tikili isə qismən zərər görüb.

Açıqlamada qeyd olunub ki, “Basyanq” tropik siklonunun yaratdığı fəsadlardan Visayas adası və Mindanao bölgəsində ümumilikdə 467 minə yaxın insan zərər çəkib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
modern.az

1Источники