RU

Vensin Azərbaycana səfərinin vaxtı açıqlanıb - YENİLƏNİB

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Hakimiyyet.az xəbər verir ki, bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlamasında deyib.

Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.

Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

***

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfər tarixi açıqlanıb.

Hakimiyyet.az xəbər verir ki, Dövlət Departamentindən Operativ Media-ya bildirilib ki, səfər 9-11 fevral tarixində baş tutacaq. 

Səfərdə Vensi İqtisadi məsələlər üzrə dövlət katibinin müavini Ceykob Helberq müşayiət edəcək.

Избранный
43
11
hakimiyyet.az

10Источники