RU

İki həmkəndlinin mübahisəsi ölümlə nəticələndi - Göygöldəki qətlin təfərrüatı

Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatı məlum olub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.

Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.

Xatırladaq ki, fevralın 4-də S.Quliyevin üzərində xəsarət izləri olan meyiti kənd ərazisində olan dərədən tapılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Telegram kanalımız
Избранный
44
6
yenisabah.az

8Источники