RU

Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

    Nəticədə sərnişin; İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb.

    Sürücü və digər sərnişinlər; Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, sürücü və sərnişinlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçularıdır.

    Избранный
    40
    17
    manset.az

    10Источники