RU

Sabunçuda sakinlərə təhlükə yaradan hasar – VİDEO

Səkiboyu səpələnən bu daşların hər biri təsadüfən və xoşbəxtlikdən hər hansı piyadadan yan keçib yerə düşmüş hasarın parçalarıdır. 

NOCOMMENT.az xəbər verir ki, bura Sabunçu rayonu, Asif Əsədullayev küçəsidir.

Səkidən istifadə edən sakinlər prosesin bir neçə aylardır ki, davam etdiyini bildirdilər.

Gündə bu yoldan dəfələrlə istifadə edən sakinlər dedilər ki, xüsusilə külək və yağışlı havada hasarın yuxarısından tökülən daşlar daha da çoxalır.

Bu yoldan xüsuilə məktəbə gedən uşaqların istifadə etməsi isə təhlükə ehtimalını daha da artırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
27
4
nocomment.az

5Источники