RU

Paris polisi Eyfel qülləsi altında partlayışa çağırış edən şəxs məhkəməyə çıxarılır

BAKI, 9 fevral. TELEQRAF

Eyfel qülləsi altında partlayış törətməklə hədələyən 18 yaşlı gənc Fransada terror aktına təhrik ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Məlumata görə, bir neçə gün əvvəl Bretan bölgəsində olan gənc "TikTok" platformasında canlı yayım zamanı Eyfel qülləsi yaxınlığında partlayış törədəcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək məqsədilə hətta dəqiq tarix və saat da açıqlayıb.

Hadisədən sonra jandarm əməkdaşları şübhəlini saxlayıblar. Dindirilmə zamanı o, dediklərinin zarafat olduğunu iddia edib. Gənc daha sonra azadlığa buraxılıb və məhkəmə nəzarətinə götürülüb. Onun mart ayında məhkəmə qarşısına çıxacağı gözlənilir.

Qəzet qeyd edir ki, şübhəli şəxs hüquq-mühafizə orqanlarına əvvəldən tanış olub. Məhkəmə nəzarəti qaydalarına əsasən, o, bundan sonra hər həftə polis bölməsində qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, Fransada terror aktına təhrik cinayətinə görə 5 ilədək azadlıqdan məhrumetmə və 75 min avro cərimə nəzərdə tutulur. Əgər bu əməl onlayn platforma vasitəsilə törədilərsə, cəza 7 il həbs və 100 min avro cərimə ilə ağırlaşdırılır.

Избранный
32
1
teleqraf.com

2Источники