Nigeriyanın şimal-şərqindəki Kano əyalətində baş verən yol qəzasında 30-dan çox insan ölüb, çoxlu sayda insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "The Daily Post" qəzeti ştat qubernatoru Abba Yusufa istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, Kvanar-Barde kəndi yaxınlığındakı Qujunqa şəhərinə aparan magistral yolda sürücünün diqqətsizliyi səbəbindən insanları daşıyan qoşqu qəzaya uğrayıb.
Yaralılar tibbi yardım üçün ştatdakı xəstəxanalara aparılıblar.