RU

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı FOTO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Limassolda Avropa birinciliyi: Azərbaycan karateçiləri 6 medal qazanıb06–08 fevral 2026-cı il tarixlərində Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilib.Bizim.Media xəbər verir ki, nüfuzlu turnirdə 50-yə yaxın ölkədən təxminən 1500 idmançı iştirak edib.Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub. Milli komandamız Avropa birinciliyində uğurlu çıxışı ilə yadda qalıb və ümumilikdə 6 medal qazanıb.Yarışın ilk günlərində Azərbaycan karateçiləri 4 bürünc medala sahib olublar. Belə ki, Salmanov Salman – kata növü üzrə, Əhmədzadə Cansu – gənclər arasında -66 kq, Abasov Rəvan – gənclər arasında -61 kq, Dostuyev Aslan – gənclər arasında -60 kq çəki dərəcələrində üçüncü yeri tutaraq bürünc medal qazanıblar.Fevralın 8-də keçirilən final görüşlərində isə Azərbaycan komandası medal hesabını daha da artırıb. Məlikov Ələddin gənclər arasında -68 kq çəki dərəcəsində finalda qalib gələrək qızıl medal, Qənbərov Vüsal isə 55 kq çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medal əldə edib.Beləliklə, Limassolda keçirilən Avropa birinciliyində Azərbaycan karateçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.Qeyd edək ki, bu nəticə Azərbaycan karateçiləri üçün həm beynəlxalq təcrübə baxımından, həm də Avropa səviyyəsində əldə olunan növbəti mühüm uğur kimi qiymətləndirilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
bizim.media

5Источники