RU

Cənubi Koreyada helikopter qəzasında 2 pilot ölüb

Pekin, 9 fevral, AZƏRTAC

Cənubi Koreyanın Kyongi əyalətində “AH-1S Kobra” hərbi helkopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, qəza yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 6:00) Qapyonq rayonunda baş verib. Helikopterin xəsarət alan pilotları xəstəxanaya çatdırılıblar. Onlara ilkin olaraq ürək tutması diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, pilotların həyatını xilas etmək mümükün olmayıb.

Qəzadan sonra partlayış və yanğın qeydə alınmayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
65
3
azertag.az

4Источники