RU

İsxhaq Hersoq: Qəzzaya dəstək aksiyaları İsrailin varlıq hüququnu sarsıtmağa yönəlib

İsxhaq Hersoq: Qəzzaya dəstək aksiyaları İsrailin varlıq hüququnu sarsıtmağa yönəlib

Bir çox hallarda Fələstinə dəstək nümayişlərində səsləndirilən şüarlar yəhudi millətinin mövcudluq hüququnu diskreditasiya etmək məqsədi daşıyır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq bildirib. Hersoq bu fikirləri 14 dekabr 2025-ci ildə Sidney şəhərində baş vermiş terror aktı qurbanlarının xatirə mərasimində çıxışı zamanı səsləndirib.

Prezident Avstraliyaya səfəri zamanı keçirilən etiraz aksiyalarına münasibət bildirərək deyib: "Bu nümayişlərdə eşidilən və görülənlərin əksəriyyəti rəhbəri olduğum millətin öz varlığına olan hüququnu sarsıtmağa yönəlib. Avstraliyadakı antisemitizm təkcə yəhudilərin deyil, bütövlükdə Avstraliyanın problemidir. Unutmayın ki, yəhudilərə qarşı başlayan nifrət heç vaxt yalnız onlarla bitmir".

Xatirə mərasimi zamanı Hersoq Qüdsdən gətirdiyi iki daşı memorialın üzərinə qoyaraq, onları itkilərin ağırlığının və sarsılmaz yaddaşın simvolu adlandırıb. O, fevralın 9-da terror aktı nəticəsində həlak olanların ailələri ilə bir sıra şəxsi görüşlər keçirəcəyini də bildirib.

İsrail dövlət başçısının səfəri ilə əlaqədar Sidneydəki məşhur Bondi çimərliyi və ətraf ərazilərdə misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Yeni Cənubi Uels polisi əraziyə girişi məhdudlaşdırıb, binaların damlarında snayperlər yerləşdirilib. Mərasim keçirilən zona dənizdən polis katerləri, havadan isə helikopterlər tərəfindən ciddi nəzarətə götürülüb.

Избранный
84
afn.az

1Источники