RU

Pezeşkian Omanda aparılan danışıqları irəliyə doğru bir addım hesab edir

İran Prezidenti Məsud Pezeşkian Omanda İran və ABŞ arasında dolayı nüvə danışıqlarına münasibət bildirərək onları "irəliləyiş" adlandırıb.

Herbiand.az xəbər verir ki, İran Prezidenti X mikrobloqundakı paylaşımında diplomatiyanın Tehranın mübahisələrin sülh yolu ilə həlli üçün əsas strategiyası olaraq qaldığını vurğulayıb.

O, İranın nüvə siyasətinin beynəlxalq hüquqa və Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit olunmuş hüquqlara əsaslandığını vurğulayıb: "Bölgədəki dost hökumətlərin dəstəyi ilə keçirilən İran-ABŞ danışıqları irəliyə doğru bir addım idi. Dialoq həmişə bizim strategiyamız olub. Nüvə məsələləri ilə bağlı məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit olunmuş hüquqlara əsaslanır".

Məsud Pezeşkian əlavə edib ki, İran xalqı həmişə qarşılıqlı hörmətə əsaslanan siyasət tərəfdarı olub, lakin məcburiyyətə dözmür.

Избранный
38
herbiand.az

1Источники