RU

"Şirvan" böyük hesabla uduzdu

Qış transfer pəncərəsində Tural Rzayev, Ülvi Quliyev və Elgün Ələkbərli kimi önəmli adlarla güclənən "Şirvan" yenilənmiş heyətlə yoxlama oyununa çıxıb.

Fanat.Az-ın məlumatına görə, 2-ci Liqa təmsilçisi Region Liqasında bu mövsüm xal itirməyən və Bakı zonasında qrup lideri olan "Marafon" ilə gücünü sınayıb. 

Görüş "Marafon"un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu, “Şirvan”ım fasilə dönəmində ilk sınaq matçı olub. 

Ötən mövsüm Region Liqasında "Şirvan"ın prinsipial rəqiblərindən olan və hazırda heyətində Bəxtiyar Soltanov, Hüseyn Axundov kimi təcrübəli futbolçuların yer aldığı "Marafon" paytaxt zonasının B qrupunda keçirdiyi keçirdiyi 11 oyunun hamısında qələbə qazanıb və hazırda 33 xalla (top fərqi 101-4) liderdir.

Mirağa

Избранный
32
1
fanat.az

2Источники