RU

Qazaxıstanda qar uçqunu olan ərazidə 12 nəfər xilas edilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 9 fevral, AZƏRTAC

Qazaxıstanın Almatı vilayətində xilasedicilər qar uçqunu olan ərazidə 12 nəfəri xilas ediblər. Onlardan biri azyaşlıdır.

AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Almatı vilayətinin müvafiq idarəsinin “112” qaynar telefon xəttinə İliy rayonunun Kurta kəndindən 10 kilometr məsafədə iki avtomobilin qar uçqunu olan ərazidə köməksiz qalması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan xilasedicilər güclü qar fırtınası şəraitində vətəndaşların qurtarılması üçün qəza-xilasetmə əməliyyatı aparıblar.

Əməliyyat nəticəsində təxliyə edilən şəxslər yaxınlıqdakı Konayev şəhərinə çatdırılıb. Onlara hər hansı tibbi yardım göstərilməsi zərurəti olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
2
azertag.az

3Источники