ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Oxu.Az xəbər verir ki, siyahıda fevralın 9-dan 15-dək paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Fevralın 12-də-də, saat 19:00-da Vilyam Şekspirin "Ledi Maqbet" tamaşası olacaq.
Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Fevralın 13-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.
Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Fevralın 14-də saat 19:00-da Məmməd Səid Ordubadinin "Qəribə inanc" tamaşası təqdim ediləcək.
Tarixi dram janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Fevralın 15-də saat 19:00-da H. Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası oynanılacaq.
Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-25 manat.

Milli Gənc Tamaşaçılar Teatrında:
Fevralın 12-də saat 19:00-da Azərbaycan Dövlət YUĞ Teatrının "Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası Mikayıl Mikayılovun quruluşçu rejissorluğu ilə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş ediləcək.
Biletlərin qiyməti: 5-20 manat.

Fevralın 13-də saat 19:00-da Bengt Alforsun "35 ildən sonra" tamaşası oynanılacaq.
Quruluşçu rejissor Müşfiq Əliyevdir.
Biletlərin qiyməti: 10 manat.

Fevralın saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 10-15 manat.

Fevralın 15 də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur.
Biletlərin qiyməti: 10-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Fevralın 7-də saat 12:00-da Emin Sabitoğlu və Yevqeniy Şvartsın "Qırmızı papaq" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Qrafkindir.
Biletlərin qiyməti: 7 manat.

Fevralın 10-da saat 11:00-da azyaşlı tamaşaçılar üçün Ş.Peronun "Yatmış gözəl" hekayəsi əsasında Anar Sadıqovun "Yatmış gözəl və cırtdanlar" tamaşası baş tutacaq.
Quruluşçu rejissor Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 7 manat.

Fevralın 12-də saat 13:00-da Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operasının və Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşa planlaşdırılıb.
Biletlərin qiyməti: 8-15 manat.

Fevralın 13-də saat 19:00-da "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" tamaşası oynanılacaq.
Quruluşçu rejissoru Samir Qulamovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Fevralın 14-də saat 19:00-da Əmir Pəhləvanın "Sevənlərindir dünya" tamaşası nümayiş olunacaq.
Quruluşçu rejissor Elməddin Dadaşovdur.
Biletlərin qiyməti: 8 manat.

Fevralın 15-də saat 17:00-da "Utancaq qız" tamaşası nümayiş olunacaq.
Tamaşanın ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Biletlərin qiyməti: 8 manat.

Fevralın 15-də saat 19:00-da "Bəxtiyar" musiqili komediyası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevdir.
Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Fevralın 14-də saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 5-15 manat.

Fevralın 15-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası Mikayıl Mikayılovun quruluşçu rejissorluğu ilə təqdim ediləcək.
Biletlərin qiyməti 5-15 manatdır.

Akademik Rus Dram Teatrı:
Fevralın 13-də saat 19:00-da "Karmen. Xosenin hekayəsi" fatal psixodraması oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Tural Mustafayevdir.
Biletlərin qiyməti 15-25 manatdır.

Fevralın 14-də saat 19:00-da Ceyn Ostinin romanı əsasında "Emma" tamaşası nəzərdə tutulub.
Quruluşçu rejissor Raulya Türkkandır.
Biletlərin qiyməti: 15-25 manat.

Fevralın 15-də saat 19:00-da "Kərpic dolu çamadanın açarı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Emin Mirabdullayevdir.
Biletlərin qiyməti: 15-25 manat.

Heydər Əliyev Sarayında:
Fevralın 14-də saat 19:00-da Əməkdar artisti Abbas Bağırovun konserti baş tutacaq.
Biletlərin qiyməti: 40-200 manat.

Əzizə İsmayılova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.