RU

Rusiya Müdafiə Nazirliyinə yeni silahlarla təchiz olunmuş Su-57-nin yeni partiyası verilib

Birləşmiş Aviasiya Korporasiyası Rusiya ordusuna beşinci nəsil Su-57 qırıcı təyyarələrinin böyük partiyasını təhvil verib. Təyyarələr yeni bort sistemləri və silahları ilə təchiz olunaraq modernləşdirilib.

Herbiand.az bu barədə “Rostex” Korporasiyasının mətbuat xidmətinə istinadən bildirir.

““Rostex” Dövlət Korporasiyasının Birləşmiş Aviasiya Korporasiyası yeni texniki konfiqurasiya ilə təchiz olunmuş Su-57 qırıcı təyyarəsinin böyük partiyasını istehsal edib və Rusiya Müdafiə Nazirliyinə təhvil verib. Təyyarələr yenilənmiş bort sistemləri və silahlar alıb”, - məlumatda deyilib.

Qeyd edilib ki, beşinci nəsil təyyarələr texniki heyət tərəfindən qəbul edilib və zavod sınaqlarının bütün mərhələsindən keçib. Müdafiə Nazirliyinin pilotları təyyarəni müxtəlif iş rejimlərində sınaqdan keçiriblər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
134
herbiand.az

1Источники