RU

Pakistan Fələstinə 28 ci humanitar yardım partiyasını göndərib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 fevral, AZƏRTAC

Pakistan Milli Fəlakətlərin İdarəetmə Agentliyi (NDMA) Baş nazirin göstərişi ilə Fələstinə 100 ton çadırdan ibarət 28-ci yardım partiyasını göndərib.

AZƏRTAC “Associated Press of Pakistan” (APP) informasiya agentliyinə istinadla xəbər verir ki, yardım Allama İqbal Beynəlxalq Hava Limanından xüsusi reyslə Misirə göndərilib, oradan isə Qəzzaya çatdırılacaq.

Beləliklə, indiyədək Fələstinə göndərilən humanitar yardımın həcmi 2 min 727 tona çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
azertag.az

2Источники