RU

Əkizlərin ölümündəki müəmma Boyadan ölüm mümkündür?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xətai rayonunun Əhmədli qəsəbəsində faciəvi hadisə qeydə alınıb. Yayılan xəbərlərdə həmin ərazidəki mənzildə yaşayan iki azyaşlının dəm qazından zəhərləndiyi iddia olunub. Ailəyə yaxın şəxslər isə bu məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər. Məlumata görə, ailənin yaşadığı fərdi evdə bir müddət əvvəl yanğın baş verib və sonradan təmir işləri aparılıb. Bir neçə gün əvvəl döşəməyə boya çəkildiyi qeyd olunur. Ehtimal olunur ki, iki yaşlı əkizlər məhz bu boyanın təsirindən zəhərlənərək həyatlarını itiriblər.Hadisə ilə bağlı Umz. Dr Zakir Quliyev Demokrat.az-a bildirib ki, təsərrüfatda istifadə olunan boyalar adətən təhlükəsiz olsa da, düzgün istifadə edilmədikdə ciddi zəhərlənməyə və nadir hallarda ölümə səbəb ola bilər:"Xüsusilə qapalı məkanda güclü boya buxarlarının uzun müddət udulması, boyanın təsadüfən içilməsi (əsasən uşaqlarda və heyvanlarda), köhnə və tərkibində zərərli maddələr olan boyalara davamlı məruz qalma, eləcə də boyanın qızdırılması və ya yandırılması zamanı yaranan zəhərli qazlar həyati təhlükə yarada bilər".Həkim deyib ki, buna görə boya ilə işləyərkən havalandırmaya riayət etmək, qoruyucu vasitələrdən istifadə etmək və təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.

Baş verən bu acınacaqlı hadisə məişət işlərində, xüsusilə də təmir zamanı ehtiyatlı olmağın həyati əhəmiyyətini bir daha xatırlatdı. Adi bir boya qoxusunun ailənin iki kiçik nümayəndəsini əlindən alması təhlükəsizlik qaydalarına laqeyd yanaşmağın və ya məlumatsızlığın nə dərəcədə ağır nəticələr doğura biləcəyini göstərdi. İndi hər kəsi düşündürən tək sual var, o da eyni faciənin başqa qapıları döyməməsi üçün kimyəvi maddələrlə işləyərkən nə dərəcədə ayıq-sayıq olmağımızla bağlıdır. Görünən odur ki, bəzən ən sadə ehtiyatsızlıq belə düzəldilməsi mümkün olmayan yaralar açır.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
61
demokrat.az

1Источники