RU

ABŞ-ın vitse-prezidenti bu axşam İrəvanda Paşinyanla görüşəcək

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu axşam İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, görüşdən sonra Vens və Paşinyan birgə bəyanatla çıxış edəclər.

ABŞ-ın vitse-prezidentini səfərdə həyat yoldaşı Uşa Vens müşayiət edəcək.

Məlumata görə, ABŞ vitse-prezidenti sabah Azərbaycana yola düşəcək.

Избранный
65
7
apa.az

9Источники