RU

Bələdiyyələrlə bağlı hüquq-mühafizə orqanlarına göndərilən protokolların sayı artıb

Bakı. Trend:

Bir sıra bələdiyyələrin birləşməsi nəticəsində ölkə üzrəbələdiyyələrin sayı 57 % azalsa da, bir sıragöstəricilər buna mütənasib şəkildə azalmayıb, əksinə müəyyənsahələrdə artım müşahidə olunub.

Trend-inməlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlıƏdliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksinitapıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onlarınfəaliyyətinin təşkilinə kömək və metodoloji yardım tədbirlərinineffektivliyinin yüksəldilməsi nəticəsində cari ildə fəaliyyətiyoxlanılan bələdiyyələrin sayında 33 %, aidiyyətihüquq-mühafizə orqanlarına göndərilən materialların sayında22 %, məhkəməyə göndərilən inzibati xəta haqqındaprotokolların təmini nisbətində 11 % artıma nailolunub.

Bununla yanaşı, əvvəlki illə müqayisədə bələdiyyələr tərəfindənqəbul edilən aktların sayında cəmi 20 %, həyatakeçirilən maarifçilik tədbirlərinin sayında 7 % vəhəmin tədbirlərə cəlb olunan iştirakçıların sayında cəmi18 % azalma olub. Eyni zamanda dəyişdirilməsi vəya ləğv edilməsi barədə təklif verilmiş aktların sayındakı36 %-lik və “Bələdiyyələrlə iş” informasiyasistemi vasitəsilə aktların elektron qaydada təqdim edilməsiimkanının yaradılması sayəsində məhkəməyə göndərilmiş inzibati xətahaqqında protokolların sayındakı 51 %-lik enməqeydə alınıb.

Избранный
72
2
az.trend.az

3Источники