RU

Bələdiyyələrin fəaliyyətindəki əsas pozuntular açıqlandı

Bələdiyyələrin fəaliyyətində keçən il rast gəlinən əsas pozuntular açıqlanıb.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.

Aparılan təhlillər göstərib ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir. Təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən aşağıdakı səciyyəvi nöqsanlar qeyd edilib:

- Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;

- Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;

- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;

- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi;

- Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;

Избранный
18
4
aznews.az

8Источники