RU

Maşınını vurdu deyə iki nəfəri güllələyib öldürdü

Türkiyənin Niğde şəhərində baş verən yol-nəqliyyat hadisəsi silahlı münaqişəyə çevrilib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Hemze C.-nin idarə etdiyi nəqliyyat vasitəsi Abdullah Gündoğdunun idarə etdiyi başqa bir nəqliyyat vasitəsinin güzgüsünə toqquşub. Qəzadan sonra tərəflər arasında mübahisə yaranıb və bu, qısa müddətdə davaya çevrilib.

Belə ki, Hemze C. üzərindəki silahı çıxararaq Abdullah Gündoğduya və nəqliyyat vasitəsindəki iki nəfərə atəş açıb. Hakan Çelik, Abdullah Gündoğdu və adı açıqlanmayan daha bir nəfər yaralanıb.

Ağır yaralanan Gündoğdu və Çelik  bütün səylərə baxmayaraq, xəstəxanada vəfat ediblər. Adı açıqlanmayan digər şəxsin vəziyyəti ağır olaraq qalır.

 Polis iki nəfəri öldürən və birini ağır yaralayan Hemze C.-ni çox keçmədən saxlayıb. O, ilkin ifadəsində, "Mənim qarşıma çıxmağa çalışdılar. Qarşıma çıxan hər kəsi vururam. Mən kənd muxtarıyam. Peşmanammı? Bununla fəxr edirəm. Onlar mənim qarşıma çıxmamalı idilər" cavabını verib.

Hadisə ilə bağlı  şəhər prokurorluğu tərəfindən araşdırma başlayıb.

Избранный
102
25
unikal.az

10Источники