RU

Slot: “Əsəbi və məyusam”

style='margin-bottom:10px;'>

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Siti”yə 1:2 hesabı ilə uduzduqları oyun haqda danışıb.

QOL.az “L’Equipe”yə istinadən xəbər verir ki, mütəxəssis məğlubiyyətdən məyus olduğunu gizlətməyib:

“Əsəbiyəm və təbii ki, məyusam. İlk hissədə “Mançester Siti” meydanda daha yaxşı görünürdü, baxmayaraq ki, çoxlu qol epizodu yaratmadılar. Yalnız Haalandın oyunun ilk dəqiqəsindəki epizodu yadımda qalıb. Rəqib topa daha sərbəst nəzarət edirdi. Amma düşünürəm ki, son 3-4 ayda əldə etdiyimiz inkişaf hər kəs üçün aydındır.

İkinci hissədə isə xüsusilə intensivlik baxımından səviyyəni yüksəltdik. Aktiv pressinq etdik və bu, son aylardakı ən böyük irəliləyişimizdir. Topsuz oyunumuz açıq-aşkar irəliyə doğru atılmış addımdır”.

Избранный
31
1
teleqraf.com

2Источники