RU

‘’Trendyol’’un hazırladığı yeni Olimpiya geyim kolleksiyası ‘’Milan-Kortina 2026’’ ərəfəsində satışa çıxarılıb (FOTO)

Bakı. Trend:

Trendyol tərəfindən dizayn edilən və istehsal olunanyeni geyim kolleksiyası Milan‑Kortina 2026 Qış Olimpiya Oyunlarıərəfəsində satışa çıxarılıb. Beynəlxalq Olimpiya Komitəsininlisenziyası əsasında hazırlanan “Olimpiya Kolleksiyası” dünyanınmüxtəlif ölkələrində yaşayan istehlakçılar üçün nəzərdə tutulub vəaktuallığını heç vaxt itirməyəcək kolleksiya kimiyaradılıb.

“Trendyol”un məhdud sayda təqdim etdiyi Olimpiya Kolleksiyasıözündə müasir dizaynlı geyim elementlərini və Olimpiya ruhundanilhamlanan ikonik detalları birləşdirir. Kolleksiyaya „zip-up”gödəkçələri və kapüşonlu sviterlər, qadın və kişi idman şalvarları,taytlar, suya davamlı gödəkçələr və balaklavalar daxildir.

Rahatlıq və funksionallığa xüsusi diqqət yetirilərək dizaynedilən geyimlər gündəlik istifadəyə uyğundur. Məhsullar Türkiyəninyerli istehsalçıları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və“Trendyol”un beynəlxalq bazarlar üçün nəzərdə tutulmuşkolleksiyalar yaratmaq sahəsindəki təcrübəsini əks etdirir.Kolleksiya "Trendyol" platformasında satışa çıxarılmaqla yanaşı,2026-cı ildə Milan şəhərində açılan rəsmi olimpiya mağazalarında vəİsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyində də təqdimolunacaq.

“İdman dünyasının ən nüfuzlu təşkilatlarından biri olanBeynəlxalq Olimpiya Komitəsi ilə iki ildir davam edənəməkdaşlığımız, “Trendyol”un yerli istehsalçılar və beynəlxalqbazarlar arasında əlaqə yaratmaq missiyasında mühüm rol oynayır."Trendyol" tərəfindən dizayn edilərək istehsal olunan OlimpiyaKolleksiyasının “Milan-Kortina 2026 Qış Olimpiya Oyunları”ərəfəsində beynəlxalq platformalarımız vasitəsilə istifadəçilərinixtiyarına verilməsindən çox məmnunuq”, - deyə ‘’Trendyol’’unbeynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandilbildirib.

Beynəlxalq onlayn ticarət platforması olan "Trendyol" Paris 2024Yay Olimpiya Oyunlarından etibarən Beynəlxalq Olimpiya Komitəsininrəsmi tərəfdaşıdır. Şirkət Paris 2024 Olimpiya Oyunlarında daidmansevərlərə öz Olimpiya Kolleksiyasını təqdim edib.

BOK-un Qlobal Lisenziyalaşdırma Proqramıhaqqında

Beynəlxalq Olimpiya Komitəsi ilə "Trendyol" arasında imzalanmışlisenziya müqaviləsi, BOK-un Qlobal LisenziyalaşdırmaStrategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas məqsədiazarkeşləri təkcə Olimpiya Oyunları dövründə deyil, oyunlararasıdövrlərdə də Olimpiya brendini tanıdan rəsmi məhsullar vasitəsiləbir araya gətirməkdir.

Olimpiya Kolleksiyası gənc və aktiv auditoriyanı geyim,oyuncaqlar, çantalar, dəftərxana və idman avadanlıqları kimi brendməhsullarla cəlb etməyi hədəfləyir. Bundan əlavə, BeynəlxalqOlimpiya Komitəsinin lisenziyalaşdırma proqramına baş tutacaq bütünOlimpiya və Paralimpiya Oyunları kolleksiyaları, həmçinin keçmişoyunlardan ilhamlanan Olimpiya İrs Kolleksiyası daxildir. Bukolleksiyalarda aksessuarlar, suvenirlər, fan geyimləri və geyimməhsulları təqdim olunur. Olimpiya lisenziyalaşdırma proqramlarırəsmi lisenziyalı məhsullar, kolleksiya əşyaları və suvenirlərinsatışı vasitəsilə azarkeşlərə Olimpiya Oyunları və dəyərləri iləəlaqə yaratmaq imkanı verir.

‘’Trendyol’’un
‘’Trendyol’’un
‘’Trendyol’’un
Избранный
24
6
az.trend.az

7Источники