Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər demək olar ki, bütün əsas yol hissələrinin tikintisi 2030-cu ilin sonuna qədər başa çatacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze “POS” TV-yə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Gürcüstan ölkənin strateji mövqeyindən maksimum dərəcədə istifadə etməyə çalışır. Məqsədlərdən biri nəqliyyat və tranzit infrastrukturunu inkişaf etdirməkdir. Gürcüstanın hökuməti başçısı bu sahəyə böyük vəsait qoyulduğunu qeyd edib.
“Planımıza əsasən, 2030-cu ilin sonuna qədər Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər yolun demək olar ki, bütün əsas hissələri tamamlanacaq”,-deyə Kobaxidze bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.