RU

Azərbaycanın haqlı etirazı nəticə verdi: Beynəlxalq Konkisürmə Birliyi qərarını açıqladı

25-ci Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında Ermənistan tərəfinin separatçı və provokativ addımı Beynəlxalq Olimpiya səviyyəsində səs-küyə səbəb olandan sonra Beynəlxalq Konkisürmə Birliyi məsələyə öz münasibətini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan tərəfinin haqlı narazılığından sonra Beynəlxalq Konkisürmə Birliyinin (ISU) məsələyə baxaraq saxtakarlığı aradan qaldırıb.

Belə ki, Beynəlxalq Konkisürmə Birliyi məsələni bütün maraqlı tərəflərlə birlikdə nəzərdən keçirdiyini və rəsmi proqram siyahısına dəyişiklik edildiyini açıqlayıb.

Xatrıladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi erməni cütlüyü Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə etiraz edib.

Öz növbəsində Beynəlxalq Konkisürmə Birliyi bu seçimin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğunu bildirib. Bəyanatda Olimpiya Oyunlarının sülh, dostluq və qarşılıqlı hörmət rəmzi olduğu vurğulanıb. Etirazdan sonra ISU-nun rəsmi saytında musiqinin adı dəyişdirilib. İndi proqramda əsərin adı göstərilmir və yalnız “Ara Gevorgyanın musiqisi” kimi qeyd olunur.

Məlumat üçün bildirək ki, “Arsax” ifadəsi Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı separatçı siyasətin simvolu kimi istifadə olunub.

İdman.Biz
Избранный
36
idman.biz

1Источники