RU

İstanbul klubu 17 yaşlı gürcü futbolçunu transfer edir

Tbilisi "Dinamo"sunun müdafiəçisi Saba Xarebaşvili karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Başakşehir" gürcüstanlı futbolçunun keçidini həll edib. Bu barədə "Geo Team" məlumat yayıb.

Artıq klublar arasında raazılıq əldə olunub. Xarebaşvili tibbi müayinədən keçdikdən sonra "Başakşehir"lə 4+1 illik müqavilə imzalayacaq. 17 yaşlı sol cinah müdafiəçisi mövsüm başa çatdıqdan sonra İstanbul klubuna qoşulacaq.

Qeyd edək ki, Saba Xarebaşvili "Dinamo"nun yetirməsidir. Gürcüstan U-21 millisinin üzvü 2024-cü ilin aprel ayında paytaxt təmsilçisinin əsas komandasına cəlb olunub. Gənc oyunçu meydana çıxdığı 58 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
65
sportal.az

1Источники