Ölkəmizin 18 və 20 yaşadək qız və oğlan basketbol yığmalarının Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağı komandalar açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, qızlardan ibarət U-18 komandası B divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderland ilə mübarizə aparacaq. Bu qrupun matçları iyulun 31-dən avqustun 9-dək keçiriləcək.
Oğlanlardan ibarət U-18 isə B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya ilə qarşılaşacaq. Onların oyunları iyulun 24-dən avqustun 2-dək davam edəcək.
U-20 qız komandası B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla üz-üzə gələcək. Qarşılaşmalar iyulun 4-dən 12-dək təşkil olunacaq.
U-20 oğlan yığması A qrupunda İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya ilə matçlara çıxacaq. Bu qrupun oyunları iyulun 10-dan 19-dək davam edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта