RU

Yoxlamalar olmayacaq - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

Redaktor.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.

Избранный
30
4
redaktor.az

7Источники