RU

“Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlərə görə cərimələndi

Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Aristokrat” Tibb Mərkəzi cərimələnib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Səhiyyə Naziliyi tərəfindən klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb
fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Söhbət konkret olaraq sertifikasiya şəhadətnaməsi olmadan Kənan Həsənov və Araz Məmmədzadənin tibbi praktiki fəaliyyət göstərməsindən gedir.

Nəticədə “Aristokrat” Tibb Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Избранный
17
11
publika.az

10Источники