RU

Daşkənddə Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Daşkənddə

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, AZCON Holding şirkətlərindən olan ADY-nin sədri Rövşən Rüstəmov 9 fevral 2026-cı il tarixində Daşkənd şəhərində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin, bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

DaşkənddəDaşkənddəDaşkənddəDaşkənddəDaşkənddə

Избранный
26
13
xalqcebhesi.az

10Источники