Külli miqdarda fırıldaqçılıqda ittiham olunan rusiyalı iş adamı Vüqar Yusifov Moskvada Azərbaycana uçmaq istəyərkən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yusifov fırıldaqçılıqda ittiham olunur və Surqut şəhərinin keçmiş tikinti üzrə mer müavini Vitali Şarov və yerli əmlak münasibətləri departamentinin direktoru Aleksey Dvornikova qarşı açılmış cinayət işində təqsirləndirilən şəxsdir.
Surqut məhkəməsi Yusifovun 25 mart tarixinə qədər həbsdə saxlanılmasına qərar verib.
Qeyd edək ki, Vüqar Yusifov Surqutda tanınmış və nüfuzlu iş adamı hesab olunur.
2025-ci ilin iyun ayında Şarov və Dvornikov vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs ediliblər. Müstəntiqlər hesab edirlər ki, onlar "Hava Rabitəsi Agentliyi" ASC-nin səhmlərini aşağı qiymətə satıblar. Daxili mənbə iddia edir ki, alıcı Vüqar Yusifov olub.