RU

Rabitəbank müştəriləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar

Rabitəbankın innovativ kart məhsulu olan Kartmane 2025-ci ildə də müştərilərinə alış-verişdən real qazanc əldə etmək imkanı yaratmaqda davam edib.

"Unikal" xəbər verir ki, il ərzində həyata keçirilən kampaniyalar, xüsusi tərəfdaş təklifləri və geniş istifadə imkanları nəticəsində kart sahibləri ümumilikdə 12 milyon manatdan çox keşbek qazanıblar. Bu məbləğin 113 min 242 manatı isə partnyor şəbəkəsində edilən ödənişlər hesabına formalaşıb.

Aparılan təhlillərə əsasən, ötən il üzrə ən çox qazanc əldə olunan istiqamətlər sırasında yanacaqdoldurma məntəqələri, supermarket alış-verişi və gündəlik tələbat kateqoriyaları ilk sıralarda yer alıb. Müştərilərin gündəlik xərclərini məhz bu sahələr üzrə həyata keçirməsi Kartmane kartlarının praktiki maliyyə üstünlüyünü daha da artırıb.

İl ərzində müştərilərə geri qaytarılan ümumi keşbek məbləği əhəmiyyətli göstərici ilə yadda qalıb. Fərdi nəticələrdə isə bəzi kart sahiblərinin illik qazancı rekord həddə çataraq proqramın effektivliyini real rəqəmlərlə təsdiqləməsi diqqət çəkib.

Hazırda Kartmane istifadəçiləri 500-dən artıq partnyor mağaza və xidmət nöqtəsində edilən ödənişlərdən keşbek qazanmaq imkanına malikdirlər. Tərəfdaş şəbəkəsinin davamlı genişlənməsi isə istifadəçilərə daha çox seçim və daha çox qazanc imkanı yaradır.

Избранный
85
unikal.az

1Источники