Bakı. Trend:
9 fevral tarixində Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov Amerikanın Əsas Yəhudi TəşkilatlarınınPrezidentləri Konfransının ölkəmizdə səfərdə olan nümayəndəheyətini qəbul edib. Nümayəndə heyətinə Konfransın sədri BetsiBerns Korn rəhbərlik edir.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ, eləcə dəAzərbaycan-İsrail münasibətlərinin cari vəziyyəti və inkişafperspektivləri, ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları iləəməkdaşlıq məsələləri, eləcə də regional vəziyyət müzakirəolunub.
Görüşdə, xüsusilə 8 avqust Vaşinqton Zirvə Görüşü nəticəsindəbölgəmizdə son inkişaflar, Azərbaycan-Ermənistan normallaşmaprosesi, regional bağlantılar və TRIPP marşrutunun reallaşmasısəyləri, post-münaqişə dövründə həyata keçirilən tədbirlər barədəgeniş məlumat verilib.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq vəmultikulturalizm ənənələri, əhalisinin əksəriyyəti müsəlman olanAzərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digərdinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq vəəmin-amanlıq şəraitində yaşadıqları məmnunluqla vurğulanıb.Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayanyəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakıgüclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyibildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.