RU

Pensiyaçılara ŞAD XƏBƏR: Gözlənilən sərəncam imzalandı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.Demokrat.az bu barədə President.az-a istinadən xəbər verir.Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:- ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılır.Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
47
demokrat.az

10Источники