RU

Taksi sürücülərinə şad xəbər: Qiymətlər artırıldı RƏSMİ AÇIQLAMA

ain.az bildirir, Avtosfer portalına istinadən.

“Bolt” sürücüləri şirkətin onların fəaliyyəti ilə bağlı yenilik barədə məlumat yayıblar. Bildiriblər ki, iki gündür şirkətdən gedişhaqqında 10% artımın olacağı barədə bildiriş xarakterli SMS gəlir. Məlumata görə, bu gündən isə qiymət artımı tətbiq edilib.

Məsələ ilə bağlı "Bolt"dan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, platforma üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillər əsasında formalaşır:

"Bu amillərə yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir. Hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10%-ə qədər təşkil edir və regiondan asılı olaraq 5–10% arasında dəyişə bilər".

"Bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir", - deyə məlumatda bildirilib.

Səfər

Oxunub 460

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
11
avtosfer.az

10Источники