RU

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə sağollaşdı

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə sağollaşdı

Fransa Liqa 1 təmsilçisi "Renn" baş məşqçisi Habib Beye ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi uğursuz nəticələrdən sonra bu qərarı verib.

Komandanın son turda "Lans"a 1:3 hesabı ilə uduzması və bunun ardıcıl 4-cü məğlubiyyət olması fonunda rəhbərlik seneqallı mütəxəssislə sağollaşmalı olub. Eyni zamanda köməkçilər -Olivye Saraqalya, Sebastyan Bişar və Yan Kavezza ilə də əməkdaşlığa xitam verilib.

Klubun rəsmi bəyanatında bildirilir ki, yeni baş məşqçi təyin olunana qədər komandanı müvəqqəti olaraq Sebastyan Tambure, Pyer-Aleksandr Lelyevr və Maksim Le Marşan çalışdıracaqlar.

Xatırladaq ki, Habib Beye 2025-ci ilin yanvarında Xorxe Sampaolinin yerinə təyin olunmuşdu. Onun "Renn"dəki fəaliyyəti cəmi 1 il çəkdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
164
2
qol.az

3Источники