RU

İtaliyada zirehli pul daşıyan avtomobilə silahlı hücum edilib

İtaliyada zirehli pul daşıyan avtomobilə silahlı hücum edilib

İtaliyanın cənub-şərqində yerləşən Brindizi və Leççe şəhərləri arasındakı magistral yolda zirehli pul daşıyan avtomobilə qarşı film ssenarilərini xatırladan soyğun cəhdi baş verib. Hadisə zamanı cinayətkarlarla təhlükəsizlik qüvvələri arasında atışma qeydə alınıb.

İtaliya mətbuatının verdiyi məlumata görə, bu sabah "613" nömrəli magistral yolda bir qrup maskalı və silahlı şəxs özəl şirkətə məxsus zirehli maşını hədəf alıb. Cinayətkarlar marşrut üzərində bir avtomobili yandıraraq yolu bağlayıb və nəqliyyat vasitəsini dayanmağa məcbur ediblər.

Partlayıcı maddələrdən istifadə edilib

Soyğunçuların zirehli maşını açmaq üçün partlayıcı maddələrdən istifadə etdikləri bildirilir. Lakin təhlükəsizlik qüvvələrinin hadisəyə çevik müdaxiləsi nəticəsində atışma başlayıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb və soyğun cəhdi uğursuzluqla nəticələnib.

Cinayətkarlar yoldan keçən başqa bir avtomobili hədələyərək qaçırıblar və hadisə yerindən uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində İtaliya jandarması Leççe vilayəti yaxınlığında hadisə ilə əlaqəli olduğu düşünülən 2 şübhəlini saxlayıb.

Eyni yolda ikinci böyük hücum

Qeyd edək ki, sözügedən magistral yolda 2024-cü ildə də bənzər bir hadisə baş vermişdi. Həmin vaxt 10 nəfərlik silahlı dəstə zirehli maşından təxminən 3 milyon avro məbləğində pul oğurlamağa nail olmuşdu. Polis bu iki hadisə arasında əlaqənin olub-olmadığını araşdırır.

Избранный
122
9
afn.az

10Источники