
Azərbaycanın sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.
Manset.az-a istinadən verilən məlumata görə, Ana Vətən Partiyasının sədri Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Faktı mərhumun qızı, hazırkı millət vəkili Günay Ağamalı təsdiq edib.
Fəzail Ağamalı uzun illər Azərbaycan parlamentinin (Milli Məclisin) deputatı olmuş, ölkənin siyasi həyatında aktiv rol oynamışdır. O, həmçinin 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Sosial Müdafiə naziri vəzifəsini icra etmişdir.
Allah rəhmət eləsin!