RU

Azərbaycan və yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olunub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-nin Əsas Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ, eləcə də Azərbaycan-İsrail münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.

Görüşdə, xüsusilə 8 avqust Vaşinqton Zirvə Görüşü nəticəsində bölgədə son inkişaflar, Azərbaycan-Ermənistan normallaşma prosesi, regional bağlantılar və TRIPP marşrutunun reallaşması səyləri, postmünaqişə dövründə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.

Избранный
24
2
publika.az

10Источники