RU

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.Bizim.Media xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqlərin vəsaiti əsasında onlar barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimat baxılıb.

 

Məhkəmə hər bir təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs qətimkan müddəti daha 4 ay uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.Onlara Cinayət Məcəlləsini. 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
6
bizim.media

10Источники