RU

Gürcüstanda iki universitetin birləşməsi qərarı ləğv edildi

Tbilisi, 9 fevral, AZƏRTAC

Gürcüstan Texniki Universiteti artıq Tbilisi Dövlət Universiteti ilə birləşməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, texniki universitetdə yalnız texniki fakültələr qalacaq, qalan qeyri-texniki fakültələr isə əlavə iş rejimində olacaq.

Qeyd edək ki, bir müddət əvvəl bu iki universitetin birləşdirilməsi barədə qərar var idi. Lakin hər iki ali təhsil ocağının kollektivi etiraz aksiyaları keçirməyə başlamışdılar. Hökumət bu aksiyaların qarşısında güzəştə getdi.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
51
2
azertag.az

3Источники